İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirin milyardlıq sərvəti faş oldu

1005 16.07.2026 19:14 Dünya A A

Rusiyanın maliyyə naziri Anton Siluanovun ailəsinə məxsus olduğu iddia edilən təxminən 1 milyard rubl dəyərində daşınmaz əmlak aşkar edilib. Musavat.com xarici agentliklərə xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) araşdırma yayıb.

Araşdırmaya görə, nazirin bahalı əmlakının bir hissəsi onun rəsmi nikahda olmadığı həyat yoldaşı Olqa Xromçenko və oğlu Qleb Siluanovun adına rəsmiləşdirilib. Bildirilir ki, Xromçenko ödənişli avtomobil yollarının tikintisi və istismarı ilə məşğul olan şirkətdə baş direktor müavini vəzifəsində çalışır və aylıq təxminən 2 milyon rubl əməkhaqqı alır. Onun adına Gelencikdə villa və Moskvanın mərkəzində 162 kvadratmetrlik mənzil qeydiyyata alınıb.

FBK həmçinin müəyyən edib ki, nazirin oğlu Qleb Siluanov "Andreyevski" yaşayış kompleksində yerləşən ailəyə məxsus daşınmaz əmlakın bir hissəsinin sahibidir. Fond həmin əmlakın ümumi dəyərini təxminən 1 milyard rubl qiymətləndirir. Araşdırmada qeyd olunur ki, Qleb Siluanov eyni vaxtda Qazprombank, Russ açıq hava reklam operatoru və Aleksandr Tkaçov adına aqrar holdinq də daxil olmaqla bir neçə şirkətdən maaş alır. FBK-nın məlumatına görə, onun rəsmi aylıq gəliri orta hesabla 672 min rubl təşkil edir.


Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR