Ukraynalı iş adamı Vadim Yermolayev, ailəvi şəkildə məruz qaldığı sui-qəsd cəhdində Ukraynanın xüsusi kəşfiyyat zabitlərinin birbaşa iştirakını iddia edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, üç ölkənin hakimiyyət orqanlarını onun ailəsini qorumağa çağırıb.
İş adamı istintaq materiallarını nəzərdən keçirdiyini bildirib. Onun sözlərinə görə, kəşfiyyat zabitləri sui-qəsdin təşkilində iştirak ediblər. Onlardan bəziləri kəşfiyyat orqanının hazırkı və ya keçmiş rəhbərliyinə yaxın ola bilər.
Yermolayev iddia edir ki, cinayətkarlar onun yoldaşını və 13 yaşlı oğlunu onunla birlikdə olduğunu görüblər, buna baxmayaraq, partlayıcı qurğunu partladıblar.
Bəyanatda deyilir ki, sui-qəsdçilərin məqsədi onların hər üçünü öldürmək olub.
İş adamının yoldaşı dönməz, ağır xəsarətlər alıb. Yermolayevin oğluna yanıqlar, sınıqlar və digər ağır xəsarətlər diaqnozu qoyulub. İş adamı özü reanimasiya şöbəsində qalır.
O, xüsusilə Vladimir Zelenskiyə "bu işə şəxsi diqqəti və artıq göstərilən yardıma görə" təşəkkür edib. Yermolayev vurğulayıb ki, onun bəyanatı "Ukraynaya və ya Ukrayna xalqına qarşı yönəlməyib".
İş adamı həmçinin cinayəti təşkil edənlərin müəyyən edilməsi üçün istintaqın başa çatdırılmasını istəyib. Onun müraciəti Monako, Fransa və Ukrayna hakimiyyət orqanlarına ünvanlanıb.
Musavat.com






