İnsanlara hürriyət, millətlərə istiqlal!

Güclü qasırğa: Küçə və evləri su basıb, xəsarət alanlar var

911 16.07.2026 18:51 Dünya A A

Rusiyanın Yekaterinbur şəhərini vuran güclü külək və leysan yağışları Perm diyarına çatıb. Gecə saatlarında bölgəni əhatə edən təbii fəlakət nəticəsində küçələr, yaşayış evləri və torpaq sahələri su altında qalıb, ağacların aşması nəticəsində isə xəsarət alanlar var.

Musavat.com xəbər verir ki, Ferma, Mulyanka, Kukuştan qəsəbələrində və Kondratovo kəndində vəziyyət gərgindir. Perm şəhərinin özündə də daşqınlar nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb; Solikamskaya küçəsində ağacın aşması nəticəsində bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda nəqliyyatın hərəkəti üçün çətinliklər yaranıb.

148 nömrəli avtobus marşrutu su basmış əraziləri dolanmaq üçün dəyişdirilib, tramvay xətlərində isə daşqın səbəbindən fasilələr yaranıb. Kukuştan qəsəbəsində vəziyyət daha ağırdır: Ural küçəsini tamamilə su basıb, Ostrovski küçəsində isə yol örtüyü dağılıb. Evləri su altında qalan sakinlərə təxliyə təklif edilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları suyun çəkilməsi üçün işlərə başlayıblar, lakin yolların təmiri yalnız su tamamilə kənarlaşdırıldıqdan sonra mümkün olacaq.

Xatırladaq ki, dünən oxşar qasırğa Yekaterinburqda müşahidə olunub, nəticədə ağaclar maşınların və elektrik naqillərinin üzərinə aşıb, dam örtükləri uçub, "Koltsovo" hava limanında isə uçuşlarda fasilələr yaranıb. Proqnozlara görə, təbii fəlakət hələ bitməyib, Fövqəladə Hallar Nazirliyi iyulun 17-dək təcili xəbərdarlıq elan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR