İnsanlara hürriyət, millətlərə istiqlal!

Krımda ŞOK ƏMƏLİYYAT: 30 milyonluq Rusiya təyyarəsi BELƏ VURULDU - VİDEO

514 16.07.2026 17:30 Dünya A A

Ukrayna Milli Qvardiyasının (NQU) xüsusi təyinatlıları Rusiya ordusuna məxsus, təxminən 30 milyon dollar dəyərində olan "Su-24M" tipli cəbhə bombardmançı təyyarəsini məhv ediblər.

Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

NQU rəhbəri Aleksandr Pivnenkonun sözlərinə görə, "Omeqa" xüsusi təyinatlı bölməsinin döyüş dalğıcları hərbi təyyarəni Krımdakı "Saki" aerodromunda sıradan çıxarıblar.

Məlumata görə, "Su-24M" döyüş uçuşuna hazırlaşdığı kritik anda hədəfə alınıb.

Qeyd olunub ki, məhv edilən bu cür cəbhə bombardmançı təyyarəsinin təxmini bazar dəyəri 30 milyon dollara yaxındır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR