İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xaliq Faiqoğlu” MMC Bakıya AVRO-6 standartlı yeni avtobuslar gətirdi

5032 17.12.2018 12:30 Ölkə A A

“Xaliq Faiqoğlu” MMC avtobus parkının müasir və ekoloji standartlara cavab verən yeni avtobuslarla yenilənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə şirkət Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlığa başlamış və 14 dekabr 2018-ci il tarixində əməkdaşlıq proqramı çərçivəsində alınması nəzərdə tutulan 70 avtobusun ilk hissəsi Bakıya gətirilmişdir.

AYİB ilə əməkdaşlıq çərçivəsində Türkiyənin “Anadolu İsuzu” şirkətinə sifariş edilmiş “İsuzu Citiport” markalı avtobuslar Avropanın ən komfortlu və erqonomik avtobusu hesab edilir. 2019-cu ilin model i olan 12 metrlik (üçqapılı) bu nəqliyyat vasitələri Avro 6 emissiyalıdır. Avtobuslar sərnişinlərin rahatlığı üçün bütün zəruri şərait o cümlədən USB portlar, fiziki məhdudiyyətli insanlar üçün pandus və isitmə-soyutma sistemləri ilə təchiz olunmuşdur.

Eleqant interyerə malik olan avtobuslar öz seqmentində liderdir və sərnişinlərin rəğbətini qazanmışdır. Qeyd edək ki, ətraf mühitin dostu hesab edilən bu nəqliyyat vasitələri bütün ekoloji standartlara cavab verir və AYİB kimi nüfuzlu maliyyə qurumunun bu layihəni maliyyələşdirməsində əsas məqsəd məhz Bakı şəhərində ətraf mühitin qorunmasıdır.

Məlumat üçün bildirək ki, “Xaliq Faiqoğlu” şirkəti ilə AYİB arasındakı kredit sazişi əsasında sifariş verilmiş avtobusların qalan hissəsi 2019-cu ilin ilk aylarında hissə-hissə Bakı şəhərinə gətiriləcəkdir.

Qeyd edək ki, layihənin ümumi dəyəri 12 milyon avro təşkil edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR