İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüsalə Hüseynli : “Bu dəyişikliklərdə son söz cənab prezidentindir və bizdə onun qərarına dəstək verəcəyik”

2135 16.02.2019 17:17 Son xəbər A A

Dünən bir qrup gənclər təşkilatı prezident İlham Əliyevə müraciət edərək “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa edlmiş dəyişikliklərlə bağlı müəyyən məsələlərə münasibət bildiriblər. Müraciətdə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2 1.0.5-ci maddəsinə edilən dəyişiklik “gənclər təşkilatlarının icraedici orqanları üzvlərinin və təsisçilərinin yaşının 35 yaşla məhdudlaşdırılması” barədə olan təklif sosial şəbəkələrdədə müzakirə mövzusuna çevrilib.

Bizə açıqlamasında Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib ki, prezident İlham Əliyevə müraciət edən təşkilatların müraciətini kimsə hansısa istiqamətə yozdurmasın : “ Bir daha qeyd etmək istəyirik ki, bir qrup təşkilatın müraciətində başqa heç nə axtarmağa ehtiyac yoxdur. Biz həmişə dövlətimizin, prezidentimizin yanındayıq, olmuşuq olacayıqda. Eyni zamanda, hər hansı bir dəyişikliyə qarşıda deyilik. Bilirsiniz ki zaman zaman dövrün tələbinə uyğun olaraq 2002, 2007-ci illərdə “Gənclər siyasəti haqqında” qanuna əlavə və dəyişikliklər olubdur və bu da normal bir haldır. Bu gün təklif olunan dəyişikliklərdə normal dəyərləndirilməlidir və zəruridir. Sadəcə olaraq bizim müraciətin səbəbi beynəlxalq təəccrübədən istinad edərək, Azərbaycanın Avropaya inteqrasiya etdiyi bir dövrdə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2 1.0.5 maddəsində yuxarı yaş məhdudiyyətinin tətbiq edilməsi ölkə qanunvericiliyi ilə ziddiyyət təşkil edir. “

QHT sədrinin sözlərinə görə, bu təklif Azərbaycan Respublikası Konstitutsiyasının 58-ci maddəsinin I, II və III bəndlərinə zidd olmaqla yanaşı, ölkəmizin qoşulduğu beynəlxalq konvensiya və protokollarla və eləcədə Azərbaycan Respublikasının “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və Azərbaycan Respublikasının “Hüquqi şəxslərin dövlət reyestri haqqında” Qanunları ilə də ziddiyət təşkil edir; “ Bizdə təklif edirik ki, bu qanun beynəlxalq təəccrübəyə istinad olunmaqla başqa bir formada tətbiq etmək olar. Məsələn bəzi Avropa ölkələrində bu proses üzvlərinin 3/1, bəzilərində 3/2, bəzilərində 50 faizi gənc insan,50 faizi isə gənc olmayan olmaqla tənzimlənir. Qanunvericilikdə təsisçilərin, rəhbər strukturlarda təmsil olunanlarla bağlı məhdudiyyətin bu formada qoyulması düşünürük ki, yuxarıda qeyd etdiyimiz qanunvericiliyədə ziddir.”

Vüsalə Hüseynli bidlirib ki, Azərbaycan qanunvericiliyindən fərqli olaraq, bir sıra Avropa ölkələrində tələbə-gənclər təşkilatlarının fəaliyyəti ilə gənclərin problemləri ilə işləyən qeyri-hökumət təşkilatlarının fəaliyyəti qanunvericilklə fərqlənir. Hətta beynəlxalq təəccrübədə gənclər şəbəkələri, təhsil qrupları ilə bağlı da qanunvericilk fəaliyyəti tənzimləyir. Təbii ki tələbə gənclər təşkilatlarına yaş məhdudiyyəti tətbiq oluna bilər. Ancaq qeyri-hökumət təşkilatına yaş məhdudiyyətinin tətbiqi məsələsi dünya strndartları ilə uygunlaşmır. Bu baxımdanda biz ən düzgün qərarın cənab prezidentin verəcəyinə əmin olduğumuz üçün bu müraciəti ünvanlamışıq. Bu dəyişikliklərdə son söz cənab prezidentindir və bizdə onun qərarına dəstək verəcəyik”.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR