Rusiyanın ən böyük musiqi layihələrindən olan "VK Fest" festivalı Moskvada möhtəşəm şou ilə başa çatıb. İki gün davam edən musiqi bayramı paytaxtda rekord sayda — 85 min tamaşaçı toplayıb.
Musavat.com xəbər verir ki, təşkilatçılar festivalın ən böyük sürprizini son ana qədər gizli saxlamağı bacarıblar. Şounun final nöqtəsini layihənin gizli qonağı olan Rusiyanın xalq artisti Dima Bilan qoyub. Onun səhnəyə çıxışı tamaşaçılar üçün gözlənilməz sürpriz olub.
Festivalın digər böyük sürprizi isə tanınmış repçi Bastanın dəvət olunması olub. Qeyd edək ki, "VK Fest"in ilk gününün bağlanışını isə gənc ifaçı Vanya Dmitrienko etmişdi.
Təşkilatçılar son ana qədər intriqanı qoruyaraq, festivalın kulminasiya nöqtəsini musiqi dünyasının ən parlaq ulduzları ilə tamamlamağa nail olublar.
Musavat.com






