İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin yaxın çevrəsi ilə Bakıda qapalı görüş – Almaniyadan gözlənilməz addım

1632 20.07.2026 19:17 Siyasət A A

Avropa müttəfiqləri Bakıda keçirilən qapalı görüşlə bağlı narahatlığını ifadə edib.

Musavat.com xəbər verir ki, The Times nəşrinin məlumatına görə, ötən həftə Almaniyadan gələn kiçik nümayəndə heyəti Bakıda Rusiya Prezidenti Vladimir Putinin ətrafına daxil olan bir neçə şəxslə qapalı görüş keçirib.

Bildirilib ki, nümayəndə heyətində Almaniyanın keçmiş kansleri Angela Merkelin dövründə Federal Kansler İdarəsinin rəhbəri olmuş Ronald Pofalla və Brandenburg əyalətinin sabiq baş naziri Matias Platsek yer alıb. Görüş Bakıda yerləşən Four Seasons otelində baş tutub.

Die Zeit və ARD nəşrlərinin məlumatına görə, Rusiya tərəfini Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev, eləcə də dövlət enerji konserni "Qazprom"un Direktorlar Şurasının sədri Viktor Zubkov təmsil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR