İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya çempionatının sevinci FACİƏ İLƏ BİTTİ

1159 20.07.2026 19:40 İdman A A

İspaniyada futbol üzrə dünya çempionatındakı qələbəni qeyd etmə mərasimi zamanı fəvvarənin uçması nəticəsində bir yeniyetmə ölüb.

Hadisə Salamanka əyalətinin Syudad-Rodriqo şəhərində baş verib.

Komandanın qalibiyyətindən ilhamlanan gənclər fəvvarənin ətrafına toplaşıblar. Fəvvarənin bir hissəsi dağılaraq 13 yaşlı oğlanın üstünə düşüb. Dərhal tibbi yardım göstərilsə də, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Bundan əlavə, daha üç gənc xəsarət alıb və onların sağlamlıq vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, İspaniya yığması DÇ-2026-nın finalında əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə üstələyib./Ajans.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR