İnsanlara hürriyət, millətlərə istiqlal!

"Birlik" Karate Klubunun üzvləri "Olimpiya Ümidləri" beynəlxalq turnirində uğurla çıxış ediblər FOTO

338 20.07.2026 18:37 İdman A A

"Birlik" Karate Klubunun karate və parakarate üzrə idmançıları Azərbaycan Karate Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi "Olimpiya Ümidləri" beynəlxalq turnirində uğurla çıxış ediblər.

Bu barədə Musavat.com-a klubdan məlumat verilib.

Məşqçi Sənan Cəfərovun yetirmələrindən Gülay Orucova (U-21, 61 kq) və Ercan Aslan (parakarate, K22 kateqoriyası) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Amin Əsədli (U-14, 50 kq) gümüş, Lətif Səfərov (kadet, 70 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan və Rumıniyadan ümumilikdə 600 idmançı mübarizə aparıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR