İnsanlara hürriyət, millətlərə istiqlal!

Vilayət Eyvazov iki polkovnik-leytenanta yeni vəzifə verdi

1798 08.12.2021 22:35 Ölkə A A

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Musavat.com "Oxu.Az"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Şakir Rüstəmov Qazax rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsindən azad edilərək, Mingəçevir şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Göyçay rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Fəxri Aslanov isə vəzifəsindən azad olunaraq Qazax rayon Polis Şöbəsinə xidmət üzrə rəis müavini təyin olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR