İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaxtilə prezidentin iqamətgahı idi – indi isə...

3744 02.06.2026 22:15 Dünya A A

Gürcüstan Xarici İşlər Nazirliyi 2026-cı ilin mart ayından etibarən Tiflisin Avlabari rayonunda yerləşən və vaxtilə ölkənin üçüncü prezidenti Mikheil Saakaşvilinin iqamətgahı kimi istifadə olunan binada fəaliyyət göstərməyə başlayıb.

Musavat.com xəbər verir ki, qurum köçürülmənin dövlət müəssisələrinin yerləşdirilməsinin optimallaşdırılması və əmək şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirildiyini açıqlayıb.

Nazirlikdən bildirilib ki, binanın tam şəkildə Xarici İşlər Nazirliyinin istifadəsinə verilib-verilməyəcəyi ilə bağlı hələlik ətraflı məlumat açıqlanmayıb.

Hal-hazırda Gürcüstan prezidentinin rəsmi iqamətgahı Tiflisin Atoneli küçəsində yerləşir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR