Ermənistanlı tələbə Moskvada keçirilən beynəlxalq müsabiqədə rus dili ilə bağlı hazırladığı işə görə qalib olub.
Musavat.com xəbər verir ki, bu barədə İrəvandakı Moskva Evi məlumat yayıb.
Bildirilib ki, İrəvandakı M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin filialının tələbəsi İnessa Beqlaryan "Ekrandan ekrana: yeni media rus dilini necə qoruyur və yayır" adlı işi ilə "Rusca danışırıq, yazırıq, düşünürük!" müsabiqəsində "Rus dili haqqında ən yaxşı gənclər nəşri/video" nominasiyasında qalib gəlib.
Müsabiqədə Rusiya və xarici ölkələrin KİV-ləri, internet resursları, bloqerlər, ali məktəb tələbələri, media sinifləri və təhsil mərkəzlərinin nümayəndələri, həmçinin 26 ölkədən rusdilli icmalar iştirak ediblər.
Musavat.com






