İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ahbap"ın əmlakının idarəçiliyi yeni rəhbərliyə keçdi

465 27.07.2026 21:42 Dünya A A

İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı təhqiqat çərçivəsində "Ahbap" Dərnəyinin bütün əmlakının idarəetmə səlahiyyəti yeni rəhbərliyə (qəyyuma) həvalə olunub.

Musavat.com xəbər verir ki, dərnəyə qarşı aparılan genişmiqyaslı soruşdurma çərçivəsində məhkəmə tərəfindən qəbul edilən qərara əsasən, təşkilatın hüquqi şəxsiyyətinə aid bütün aktivlər və maliyyə resursları idarəetmə qəyyumuna həvalə edilib.

Məlumata görə, hüquq-mühafizə orqanları dərnək hesablarına daxil olan iyanələrin məqsəddənkənar istifadəsi, eləcə də şübhəli maliyyə əməliyyatları ilə bağlı araşdırmaları davam etdirirlər. Təhqiqat çərçivəsində dərnəyin fəaliyyətinin və maliyyə dövriyyəsinin tam nəzarətə götürülməsi məqsədilə bu addım atılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR