İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı

767 27.07.2026 22:04 Ölkə A A

Ermənistanda sərhəd və ərazi məsələləri ilə bağlı müzakirələr yenidən siyasi gündəmin əsas mövzularından birinə çevrilib.

Musavat.com xəbər verir ki, politoloq Miqran Şahzadeyan mətbuat konfransında Ermənistan hakimiyyətinin Azərbaycanın bəzi ərazilərlə bağlı məsələləri anklav kimi təqdim etməyə hazırlaşdığı təəssüratının yarandığını bildirib.

Onun sözlərinə görə, SSRİ qanunvericiliyində anklav anlayışı mövcud olmayıb və Alma-Ata Bəyannaməsinə istinadlar hüquqi baxımdan əsaslı hesab edilə bilməz.

Şahzadeyan qeyd edib ki, söhbət xüsusilə Ararat vilayətində yerləşən və Ermənistan üçün strateji əhəmiyyət daşıyan Tiqranaşen kəndindən gedir. O xatırladıb ki, baş nazir Nikol Paşinyan bu məsələnin müzakirə olunmasının vacibliyini bir neçə dəfə dilə gətirib.

Politoloqun fikrincə, Ermənistanın hər hansı ərazisinə münasibətdə anklav termininin işlədilməsi nə tarixi, nə də kartoqrafik faktlarla əsaslandırıla bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR