İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə İsrailə müdaxiləyə hazırlaşır – Təl-Əvivdə Ankara qorxusu

576 27.07.2026 23:33 Dünya A A

İsraildə keçiriləcək parlament seçkiləri ərəfəsində xarici müdaxilə iddiaları yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, The Jerusalem Post nəşrinin yaydığı məlumata görə, İsrailin təhlükəsizlik qurumları Türkiyənin sosial şəbəkələr vasitəsilə seçki kampaniyasına təsir göstərməyə çalışdığı iddialarını araşdırır.

Bildirilir ki, araşdırma çərçivəsində sosial media platformalarında koordinasiyalı fəaliyyət göstərdiyi ehtimal olunan hesablar və onların mümkün əlaqələri yoxlanılır. İsrail təhlükəsizlik rəsmilərinin fikrincə, məqsəd seçki prosesinə təsir göstərmək və ölkə daxilində ictimai-siyasi parçalanmanı dərinləşdirmək ola bilər.

Məlumata görə, hələlik bu iddiaları təsdiqləyən rəsmi texniki sübutlar ictimaiyyətə açıqlanmayıb və araşdırma davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR