İnsanlara hürriyət, millətlərə istiqlal!

Çayı belə dəmləyəndə saatlarla təzə qalır

275 28.07.2026 01:36 Maraqlı A A

Çayın uzun müddət çaynikdə qalması nəticəsində acılaşması və ilk dəmdəki ətirini itirməsi bir çox çaysevərlərin qarşılaşdığı problemdir. Bu vəziyyətin qarşısını almaq üçün sadə, lakin maraqlı üsul tövsiyyə olunur.

Söhbət dəmləmə suyuna kiçik çubuq darçının əlavə edilməsindən gedir. Bildirilir ki, darçın suya yüngül və xoş ətir verərək çayın təbii aromasını qorumağa kömək edir. Nəticədə çay uzun müddət dəmlikdə qalsa belə, bayat dad hissi daha az nəzərə çarpır və dadı daha xoş olur.

Xüsusilə qara çayla yaxşı uyğunlaşan bu üsul ədviyyatın incə notlarını sevənlər arasında geniş yayılıb. Darçın çayın dadını üstələmir, əksinə, ona zərif ətir qataraq içkinin daha zəngin hiss olunmasına kömək edir.

Bununla belə, qeyd etmək lazımdır ki, bu üsul əsasən çay həvəskarlarının şəxsi təcrübələrinə əsaslanır. Darçının çayın uzun müddət tam təzə qalmasını elmi cəhətdən təsdiqləyən geniş araşdırmalar mövcud deyil. Ən yaxşı nəticə üçün isə çayın ehtiyac qədər dəmlənməsi və uzun müddət isti halda saxlanılmaması tövsiyə olunur.//Demokrat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR