İnsanlara hürriyət, millətlərə istiqlal!

Vatsapda silinmiş ismarışların bərpası üsulu tapıldı

1226 18.11.2021 04:00 Texnologiya A A


Vatsapda silinmiş ismarışlar telefonun ehtiyat kopyalama funksiyası sayəsində yaddaşda qalır.

Sözügedən funksiya sayəsində hər gecə saat 2-də bütün ismarışların ehtiyat nüsxəsi çıxarılır. Hərçənd bu, 1 həftə, yaxud 1 ay müddətinədək uzana bilər.

Belə ki, silinmiş ismarışı oxumaq üçün vatsapı silib yenidən yükləmək lazımdır. Daha sonra istifadəçinin çatları bərpa etmək opsiyası çıxacaq. Beləliklə, müvafiq opsiyanı seçməklə silinmiş ismarışlar da daxil olmaqla çatları bərpa etmək olar.

Həmçinin silinmiş ismarışları bildirişlərin tarixi və ya registerləri vasitəsilə də oxumaq olar. Lakin ismarış silinənədək bildirişin açılmaması, eləcə də telefonun yenilənməsi halında qeyd olunan üsul işləmir. (publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR