İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonda qapalı yerlərdə tibbi maskaların məcburi taxılması ləğv ediləcək

235 17.11.2021 01:26 Dünya A A

“Noyabrın 22-də Vaşinqtonda qapalı yerlərdə tibbi maskaların məcburi taxılması ləğv ediləcək”.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bunu Vaşinqtonun meri Muriel Bouzer tvitter səhifəsində yazıb.

Mer əlavə edib ki, məhdudiyyətlərin yumşaldılmasına baxmayaraq, məktəblərdə, kitabxanalarda, yaşayış yerlərində (sığınacaqlar, yataqxanalar, qocalar evləri), eləcə də daha çox insanları qəbul edən müvafiq dövlət qurumlarında maska taxmaq tələbi saxlanılır: “Bundan başqa, ictimai nəqliyyatda, o cümlədən taksilərdə, hava limanlarında səfərlər zamanı maska taxılmalıdır.

Qeyd edək ki, son statistikaya görə, pandemiya başlayandan bəri ABŞ-da 47,2 milyondan çox koronavirusa yoluxma, 764 608 ölüm təsdiqlənib.
Hər iki göstəriciyə görə ölkə dünyada birinci yerdədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR