İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vardanyanla bağlı daha sərt addımlar atmalı və tələblər irəli sürməliyik” - polkovnik

515 10.01.2023 17:26 Gündəm A A

“Ruben Vardanyan ona həvalə olunmuş işi ustalıqla həyata keçirməkdə davam edir. İndi ona informasiya müharibəsində dəstək verənlərin də sayı artıb.

Azərbaycan insanının haqlı tələbləri fonunda bu yaramaz öz psevdo leqitimliyini təmin etmək istiqamətində əməlli-başlı reklam kampaniyası həyata keçirir”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib.

Polkovnik bildirib ki, hələlik Vardanyanın müxtəlif platformalarındakı hoqqabazlıqları davam etməkdədir: “İndi də, guya Laçın yolundakı aksiyanın 30-cü günündə bu cinayətkar başlayıb ki, sən demə, Xankəndindəki ermənilər acından qırılırmış, ona görə də ərzaq talonu hoqqabazlığına keçir”.

Ü.Cəfərov təəssüflə qeyd etdi ki, bəzən də biz Azərbaycan tərəfi olaraq bu yaramazın tələsinə düşürük: “Elə sonuncu hansısa erməninin guya ac olması səbəbi ilə azərbaycanlılara yaxınlaşması və yemək, siqaret adı ilə kamera və mikrafonların qarşısında özünü aktyorcasına göstərməsi də məhz Vardanyan tərəfindən təşkil olunmuş bir şou idi. İndi də dünyaya ərzaq talonu hoqqabazlığını ona görə nümayiş etdirmək istəyir ki, onun legitimliyi bir az da geniş tanınsın”. Hərbi ekspert bildirdi ki, Rusiya hərbçiləri ötən 30 gün ərzində separatçılara kifayət qədər maddi və mənəvi dəstəklərini nümayiş etdirdilər: “Özü də onların bütün addımları Azərbaycanın ziyanına nəticə verdi və verməkdə davam edir. Ona görə də, biz bu aksiya ilə əlaqədar, konkret halda isə Vardanyanla bağlı daha sərt addımlar atmalı və tələblər irəli sürməliyik. Yoxsa, sonrakı peşimançılıq fayda verməz”.

ELŞAD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR