İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyana cinayət işi açmaq zamanı - komandosları göndərməyin vaxtı çatmadımı...

1309 20.12.2022 12:12 İqtisadiyyat A A

Qarabağ bölgəsində rus “sülhməramlıları”nın arxasında gizlənən terrorçu-kriminal ünsürlərin uydurma “dövlət naziri”, Kremlin kuklası Ruben Vardanyan dabanına tüpürüb geri qaçmaq əvəzinə, yeni təxribatlar törətmək üçün hələ də ərazimizdədir. Məlumatlara görə, Laçın yolunda davam edən etiraz aksiyasına rəğmən, o, dekabrın 17-də Azərbaycanın faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı ilə məşğul olan “Base Metal” zavodunda olub. Müəssisənin işçiləri ilə görüşdə bu azmış kimi, o, müharibənin davam etdiyini qeyd edib və işçiləri hərbi əməliyyatlara hazır olmağa çağırıb. R. Vardanyan ölkəmizlə müharibənin davam etdiyini bəyan edib. Onun sözlərini Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycana qarşı terrora çağırış kimi də qiymətləndirmək olar.

“Biz gücümüzü göstərməliyik, bir yerdə olduğumuzu, "artsax" xalqının böyük qüvvə olduğunu göstərməliyik. Əlbəttə, biz müstəqilliyimizin (?! - red.), təhlükəsizliyimizin və gələcək inkişaf planlarımızın həyata keçirilməsi baxımından hələ uzun yol qət eləməliyik. Lakin bir-birimizə qarşı dürüst və ədalətli olmasaq, eyni şərtlər altında işləməsək, qələbə qazana bilməyəcəyik”, - deyə erməni iti Azərbaycana yenə meydan oxuyub.

Bəs Azərbaycan dövlətinin ona qarşı cinayət işi açması və həbsi üçün komandosları göndərməsinin zamanı çatmadımı? Bakı bu addımı nə vaxt atacaq?

Hikmət Babaoğlu: “AXC-Müsavat cütlüyü BMT Təhlükəsizlik Şurasının 5 üzvünə  qarşı ərazi iddiası irəli sürmüşdü”

Hikmət Babaoğlu: “Əgər belə davam edəcəksə, əminəm ki , bu, Vardanyan üçün qaçılmaz son olacaq”

Millət vəkili Hikmət Babaoğlu mövzu ilə bağlı “Yenu Müsavat”a dedi ki, Ruben Vardanyan dünənə qədər Azərbaycan ərazisinə  qeyri-qanuni olaraq xüsusi missiya ilə  ixrac edilmiş təxribatçı idisə, bir gün öncə Ağdərədə yerli icma nümayəndələri ilə görüşündə Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərlə artıq Azərbaycan qanunlarını pozmuş cinayətkardır: “O, Ağdərədə olan erməni sakinlərini təşkilatlandıraraq Azərbaycan dövlətinə qarşı itaətsizliyə çağırıb. Eyni zamanda iqtisadi cinayətkarlıq vasitəsilə istismar edilən təbii sərvətlərimizin dağıdılmasını təşviq edən fikirlər bildirib. Üstəlik, müharibənin bitmədiyini, yeni müharibə üçün hazırlanmağın vacibliyini söyləyib. Bütün bu çağırışların hamısının Azərbaycanın milli hüququnda müxtəlif maddələr üzrə cəza qarşılığı var və müvafiq qurumlarımız dərhal uyğun maddələr üzrə Vardanyana cinayət işi açıb onu axtarışa vermək səlahiyyətinə malikdirlər. Ancaq indiki həssas vaxtda axtarış uzun zaman ala biləcəyinə görə terrora qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlarımız Ağdərə, yaxud Xankəndidə antiteror əməliyyatı keçirərək bu terrorçunu mühakimə olunmaq üçün həbs edə bilərlər. Əgər belə davam edəcəksə, əminəm ki, bu, Vardanyan üçün qaçılmaz son olacaq”.

Ceyhun Məmmədov: Virusla mübarizədə vətəndaşlarımızın üzərinə ciddi vəzifə  və böyük məsuliyyət düşür

Ceyhun Məmmədov: “Vardanyan oradakı erməniləri də çaşdıraraq Azərbaycanın əleyhinə bu təbliğatları aparır”

Deputat Ceyhun Məmmədov da mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Rusiya xalqının pullarını oğurlamış, Qarabağa konkret təlimatlarla və tapşırıqlarla gəlmiş Ruben Vardanyan  artıq özünü Qarabağın həqiqi sahibi kimi aparır: “Açıq-aydın Qarabağdakı ermənilər arasında Azərbaycana qarşı düşmənçiliyi təbliğ edir.  Eyni zamanda çox çirkin oyunlarla məşğuldur. Məqsədli şəkildə iddia edir ki, guya Azərbaycan tərəfi qazın verilişini dayandırıb. Halbuki bunu Azərbaycan etməmişdi. Sonra da Qarabağ xalqını aldadaraq onlara deyib ki, guya o, Azərbaycana təzyiq edərək öz məqsədinə nail oldu. Beləcə, beynəlxalq ictimaiyyəti, medianı da davamlı olaraq çaşdırır. Hesab edirəm, artıq Azərbaycanın Ermənistandan Qarabağa gedən yoldan, hansı ki Azərbaycan bura alternativ yol kimi çəkib, bu yolda artıq Azərbaycanın postlarını qoymağın vaxtı çatıb. Eyni zamanda hazırda azərbaycanlıların mitinq keçirdiyi ərazidə də bizim postların qurulmasına ehtiyac var. Ən qısa zamanda ayrı-ayrı dövlət qurumları Qarabağa daxil olmalıdır və idarəçiliyi öz əlinə almalıdır. Və  Vardanyanla Araik həbs olunmalıdır. Bu ərazilər bizim ərazilərimizdir. Beynəlxalq hüquqda da bu təsbit olunub. Dəfələrlə də Ali Baş Komandan İlham Əliyev bu məsələyə toxunub.  Bizim bu sərvətlərimizin qeyri-qanuni yollarla istismarına, orada Azərbaycan əleyhinə çirkin kampaniyanın aparılmasına, düşmənçilik toxumlarının səpilməsinə, ədalətin daha da güclənməsi istiqamətində atılan addımlara uzun müddət səbr edə bilmərik. Əslində bizim əsas hədəfimiz bölgəyə sülhün gəlməsidir. Təəssüf ki, biz bu gün bunu görmürük. Gördüyümüz odur ki, Vardanyan oradakı erməniləri də çaşdıraraq Azərbaycanın əleyhinə bu təbliğatları aparır. Əgər o fikirləşirsə ki, burada uzun müddət təxribatları davam etdirəcək, Azərbaycan əleyhinə təbliğat apara biləcək, çox yanlış düşünür, Azərbaycan heç vaxt bununla razılaşmayacaq, bunu Ermənistan tərəfi bilməlidir. Biz öz məqsədlərimizə çatmaq üçün lazım olan bütün addımları atmışıq, atacağıq”. 

Elçin Mirzəbəyli: Azərbaycan diasporunun formalaşması prosesinin təməlində  Ümummilli Liderin azərbaycançılıq məfkurəsi dayanır - AZƏRTAC

Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli isə öz sosial media hesabından bu məsələ ilə bağlı fikrini belə ifadə edib: “Oğru Ruben Vardanyan Xankəndidə planlaşdırılan mitinqin təxirə salındığını bəyan edib və deyib ki, niyyəti ötən əsrin 80-ci illərində keçirilən aksiyaların eynisini keçirməkdir. Yəni Ruben də, özünün dediyi kimi, məsləhətləşdiyi "hörmətli adamlar" da aksiyada kütləviliyin təmin olunmasını arzulayırlar. İndiki şəraitdə isə bu, mümkün deyil. Ona görə də “pul yuyan Ruben” bir neçə gün ərzində Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan Azərbaycan ərazilərindəki yaşayış məntəqələrini dolaşacaq və görüşlər keçirəcək.

Rubenin açıqlamalarından da belə anlaşılır ki, o, mitinqi yalnız muzdlu “aksiya iştirakçıları”nın Ermənistandan avtobuslarla daşınmasının mümkünsüzlüyünə görə deyil, həm də yerli əhalinin iştirakından əmin olmadığı üçün təxirə salıb. Əks təqdirdə, Ağdərə, Xocavənd və Xocalı rayonunun Əsgəran qəsəbəsinə gedərək, sakinlərlə “məsləhətləşmək” niyyətinə düşməzdi".

Elxan Şahinoğlu: “İlham Əliyev hazırki seçki kampaniyasının şəksiz  lideridir"

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə deyib ki, Ermənilər yeni hiyləyə əl atıblar: “Deməli, Ermənistanla Qarabağı birləşdirən yolun bağlanmasını bəhanə edərək "Xankəndi hava limanı işə düşsün və humanitar yüklər hava nəqliyyatı vasitəsilə daşınsın" tələbini səsləndirməyə başlayıblar. Demək istəyirlər ki, Füzuli və Zəngilan hava limanlarına uçuşlar həyata keçirilərkən ermənilərə də eyni imkan yaradılmalıdır. İkinci tələbləri budur ki, yol açılsa belə, yolun bir daha bağlanmayacağına dair beynəlxalq təminat olmalıdır. Bu da reallıqdan uzaqdır. Müəyyən vaxtdan sonra yol açılsa belə, qanunlarımıza tabe olmasalar, eyni hadisələrin təkrarlanması ehtimalı yüksəkdir.

Buna baxmayaraq, Rusiya, ABŞ və Avropa dövlətlərinin bir qismində yolun açılması ilə bağlı açıqlamaların sayı artıb. Erməni lobbisi Azərbaycana qarşı dezinformasiya müharibəsində yeni cəbhə açıb. Biz haqlıyıq və problemin məmurlarımıza Qarabağdakı yataqlarda monitorinqin aparılmasına maneə ilə bağlı olduğunu bildiririk. Yolda gömrük və sərhəd postunun yaradılması tələbində də haqlıyıq. Ancaq haqlı olduğumuzu müxtəlif ölkələrin rəsmilərinə və müstəqil ekspertlərinə nə dərəcədə izah edə bilirik? Azərbaycanın xarici ölkələrdəki səfirlərindən hər hansı birinin bu mövzuda məşhur nəşrlərdən birinə müsahibə verdiyini və ya birfinq keçirdiyini eşidən olubmu?!", - deyə politoloq əlavə edib.

Politoloq Yeganə Hacıyeva isə bildirib ki, Qarabağı Rusiya biznes elitasından olan erməni talayır: “Ruben Vardanyan etnik ermənidir, ancaq Rusiya biznes elitasının nümayəndəsidir. Qarabağda son 22 (ilk dəfə 2000-ci ildə gəlib Qarabağa) ildə ələ keçirdiyi bütün resurslardan faydanı onun özündən başqa həm də Rusiya götürüb. İndi də Vardanyan Rusiyanın xeyrinə qızıl , mis və molibden yataqlarını ələ keçirir. Məsələn, keçən ay Rusiyanın keçmiş kənd təsərrüfatı naziri, oliqarx Aleksandr Tkaçevin şirkəti Ukraynanın ilhaq edilmiş ərazilərində 1,6 min kvadrat kilometrdən çox kənd təsərrüfatı sahəsini ələ keçirib. Bu, eyni siyasət, oxşar hadisələrdir".

Yeganə Hacıyeva: Gürcüstan bu formatda qismən iştirak edəcək » BAYRAQDAR  MEDİA

Yeganə Hacıyeva

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz təhlükəsizliklə bağlə məqamlara toxunub: “Belə görünür ki, Ruben Vardanyan həqiqətən Rusiyanın ciddi layihəsidir.  Xankəndi (Xocalı) aeroportu işə salına bilərmi? Ruben Vardanyan Azərbaycanın vətəndaş cəmiyyətinin məlum etiraz aksiyalarından və haqlı  tələblərindən sonra  indi də  "artsax"ın blokada şəraitində olduğunu dünya ictimaiyyətinə çatdıraraq “gül vurub”. O, beynəlxalq ictimaiyyətdən Xankəndi (Xocalı) hava limanının açılmasına dəstək istəyib. Görünür ki, Vardanyan Qarabağın bütün təbii resurslarını Rusiyaya daşımaq öhdəliyi də götürüb.

Düşünürəm ki, yalnız Rusiya sülhməramlılarının və ya separatçıların  nəzarəti altında aeroportun fəaliyyətə başlaması təhlükəsizliyimiz üçün çox ciddi təhdid yarada bilər. Xatırladıram ki, uzun illərdir Azərbaycan hökuməti beynəlxalq qurumlara təsirlər edərək   separatçıların bu aeroportdan istifadəsinə imkan verməyib. Hətta uçuşlar olarsa, bəzi rəsmilərimiz qanunsuz uçuş edən təyyarələrin vurulacağını da bildirmişdi. Azərbaycan hökumətinin ciddi səyləri ilə indiyədək ermənilər buradan heç bir uçuşu reallaşdıra bilməyiblər. İnanıram ki, heç bir zaman da nail olmayacaqlar. Görünür ki, Rusiya və Qarabağ separatçıları yenidən “humanitar fəlakət” iddiaları ilə bu məsələni gündəmə gətirmək istəyirlər".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR