İnsanlara hürriyət, millətlərə istiqlal!

Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik edib

426 23.12.2019 16:35 Siyasət A A

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasında Sizi öz xalqının rifahı naminə çalışan təcrübəli dövlət xadimi kimi tanıyırlar. Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişafda sanballı uğurlar qazanıb, tərəqqi və quruculuq yolu ilə inamla irəliləyir.

Biz Sizi Rusiyanın böyük dostu, strateji tərəfdaşlığımızın, müxtəlif sahələrdə, o cümlədən parlament xətti ilə ikitərəfli faydalı əməkdaşlığımızın möhkəmlənməsi kursunun davamçısı hesab edirik.

Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı və firavanlıq diləyim.

Sizə yüksək ehtiramıma əmin ola bilərsiniz”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR