İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Ələkbərov açıqlama verdi, ad çəkmədi: “Azərbaycanla iki layihə üzrə danışıqlar aparıram”

884 25.12.2019 11:39 Dünya A A

Rusiyanın “Lukoil” neft şirkətinin prezidenti, azərbaycanlı neft maqnatı Vahid Ələkbərov “Kommersant”a müsahibəsində Azərbaycanda iki layihə üzrə danışıqlar apardığını deyib.

Vahid Ələkbərov həmin layihələrin adlarını açıqlamayıb. “Azərbaycanda hazırda bizim danışıqlar prosesimiz gedir, hansı ki, biz bunu 2020-c ilin birinci kvartalında sürətlə yekunlaşdırmağı nəzərdə tuturuq. Bizi iki layihə maraqlandırır, amma mən hələ onları açıqlaya bilmərəm, hələlik onlarla bağlı müqavilə imzalanmayıb”,-milyarder bildirib.

V.Ələkbərov Azərbaycanla yanaşı Qazaxıstanda da “bəzi maraqlı layihələr” üzrə danışıqlar getdiyini deyib. Onun sözlərinə görə, “Lukoil” Xəzərdə fəal geoloji-kəşfiyyat işləri də aparırı və gələn il “Xəzri” blokunda quyuların qazılmasına başlayacaq (Virtualaz.org).

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR