İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST rəhbəri: “Səhiyyə xidmətindəki uyğunsuzluqlar virusun mutasiyasına daha çox şərait yaradacaq”

283 17.11.2021 03:18 Dünya A A

"Peyvəndlərin qeyri-bərabər bölgüsü, qeyri-ardıcıl ictimai səhiyyə tədbirləri – bütün bunlar səhiyyə xidmətində uyğunsuzluqlar yaradır ki, bu da öz növbəsində pandemiyanın uzanmasına kömək edir”.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Koreya Respublikasının təşkil etdiyi təhlükəsizlik forumunda onlayn çıxışı zamanı deyib.

ÜST rəhbəri əlavə edib ki, sadalanan problemlər aradan qalxmadığı təqdirdə virusa hərəkətlənmək və mutasiya etmək üçün daha çox şərait yaradacaq: “Rəsmi statistikaya görə, 5 milyondan çox insan koronavirusdan dünyasını dəyişib, lakin real rəqəm daha çoxdur. Çıxışlarda da qeyd edildi ki, bu xəstəliklə yaşayan insanların sayı naməlumdur, söhbət hələ də anlamadığımız bir xəstəlikdən gedir”.

Qeyd edək ki, səhiyyə sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə noyabrın 29-dan dekabrın 1-dək Ümumdünya Səhiyyə Assambleyasının Cenevrədə keçirilməsi nəzərdə tutulan xüsusi sessiyası keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR