İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST pandemiyanın yeni episentrini açıqladı

368 18.11.2021 09:45 Dünya A A

Vəziyyəti sabitləşdirdikdən sonra Avropa yenidən koronavirus pandemiyasının episentrinə çevrilib.

Bu barədə ÜST-ün regional ofisinin mətbuat xidməti məlumat yayıb.

Bu bir sıra səbəblərlə - yüksək yoluxucu “Delta” ştammı, aşılanmamış və ya immuniteti zəif olan insanlar, soyuq hava səbəbindən qapalı məkanlarda keçirilən tədbirlər və s. izah edilib.

Məlumata görə, peyvəndlərin yüksək göstəricilərinə baxmayaraq, Avropada həm xəstələrin sayı, həm də xəstəxanaya yerləşdirmə və ölüm nisbəti artır. Nəticədə, ölkələrdə yenidən bir sıra məhdudlaşdırıcı tədbirlərə əl atılır. Məsələn, noyabrın 15-dən Avstriyada peyvənd olunmamış bütün vətəndaşlar üçün karantin rejimi tətbiq edilib. (Oxu.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR