İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqpulu qalmaqalı, məcburi köçkünlərin statusu və CƏRİMƏLƏR – Erkin Qədirli CANLIda-TV Musavat

335 04.06.2026 11:04 Son xəbər A A

Xəbər verdiyimiz kimi, məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsinə dair daha bir hal müəyyənləşir.

Bu, Milli Məclisin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir.
Layihəyə əsasən, vətəndaş yuxarıda qeyd edilən yaşayış yerlərindən imtina etdikdə də bu statusunu itirəcək.

Bununla paralel olaraq, son günlər ölkədə daha çox uşaqpulu məsələsi müzakirə və qalmaqala səbəb olub. Xüsusən də bəzi deputatların mövzu ilə bağlı açıqlamaları cəmiyyətdə haqlı narazılıq doğurub. Müzakirələrin bu qədər intensivləşməsi uşaqpulu məsələsini gündəmə gətirə bilərmi?
Son dövrlər sürücülərə tətbiq olunan cərimələr və cərimə balları ilə bağlı narazılıqlar geniş müzakirə olunur. Xüsusilə 20 ballıq limitin sürücülər üçün ciddi problem yaratdığı bildirilir. Ən çox narazılıq isə gündəlik sükan arxasında olan taksi sürücüləri arasında müşahidə edilir. Onlar bildirirlər ki, intensiv hərəkətdə olduqları üçün qısa müddətdə bal limitinə yaxınlaşır və bu da sürücülük hüququnun məhdudlaşdırılması riskini artırır. Vətəndaşlar hesab edirlər ki, bal limiti artırılmalı və ya cərimə tətbiq edilən hallarda əlavə olaraq balın yazılması ləğv edilməlidir. Bununla bağlı artıq Milli Məclisə müraciət də ünvanlanıb. Məsələ sürücülərin xeyrinə həll oluna bilərmi?

Gündəmdəki bütün aktual mövzulara bu gün saat 11.00-də millət vəkili Erkin Qədirli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR