İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada koronavirusa yoluxma halları yenidən kəskin artıb

313 25.02.2021 12:15 Dünya A A

Ukraynada son günlər koronavirusa yoluxma halları yenidən kəskin artıb. Son sutka ərzində Ukraynada 8147 nəfər koronavirusa yoluxub ki, bu da son günlərin yuxarı göstəricisidir. Bu virusa ən çox yoluxma İvano-Frankovsk və Jitomir vilayətlərində qeydə alınıb. Son sutkada koronavirusa yoluxanların 2770-i xəstəxanaya yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin məlumatında qeyd edilir.

Ötən gün ölkədə koronavirusdan ölənlərin sayında da artım qeydə alınıb. Belə ki, son sutkada Ukraynada 135 nəfər bu xəstəlikdən həyatını itirib.

Fevralın 24-nə olan vəziyyətə görə, Ukraynada 1 milyon 325 min 841 yoluxma faktı təsdiqlənib. 1 milyon 159 min 311 nəfər müalicə olunaraq sağalıb. Pandemiya dövründə koronavirusdan ölənlərin sayı 25 min 596 nəfərdir.

Ukrayna hökuməti koronavirusa yoluxma halları artdığından bəzi vilayətlərdə göstəricilərə əsasən karantin rejimini sərtləşdirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR