İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna yenidən Ust-Luqa limanını vurdu

878 29.03.2026 08:00 Dünya A A

Ötən gecə Rusiyanın Leninqrad vilayətində 27 pilotsuz təyyarə zərərsizləşdirilib.

Musavat.com xəbər verir ki, məlumatı regional qubernator Aleksandr Drozdenko yayıb. Onun sözlərinə görə, Rusiyanın Baltik dənizindəki ən böyük neft terminalının yerləşdiyi Ust-Luqa limanına ziyan dəyib: "27 pilotsuz təyyarə vurulub. Ust-Luqa limanına ziyan dəyib. İnsan itkisi yoxdur. Hücum dəf edilir".

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Buqulma, Krasnodar, Samara, Volqoqrad, Pulkova və Ulyanovsk hava limanlarında təyyarələrin giriş-çıxışına qoyulan məhdudiyyətlər səhər saatlarında aradan qaldırılıb.

Qeyd edək ki, Ukrayna bir neçə gün əvvəl Ust-Luqa limanına güclü zərbə endirib, limandan neft və maye qaz ixracı dayandırılıb.

Bundan əvvəl isə Leninqrad vilayətindəki Primorsk limanına  hücum olunub. Reuters-in hesablamalarına əsasəb iki limandan ixracın dayanması Rusiyanın neft ixracı imkanlarını 40 faizədək azaldıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR