İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna və Moldova Aİ yolunu birgə koordinasiya edir – VİDEO

390 07.01.2026 21:08 Dünya A A

Ukrayna və Moldova Avropa İttifaqına üzvlük prosesində addımlarını birgə və koordinasiyalı şəkildə atmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti bildirib ki, bu məsələ Prezident Maya Sandu ilə keçirilən görüşdə ətraflı müzakirə olunub. Söhbət zamanı xüsusilə ilk danışıqlar klasterlərinin eyni vaxtda açılması prioritet kimi vurğulanıb.

Görüşdə ikitərəfli əməkdaşlığın ticarət, enerji və təhlükəsizlik sahələrində dərinləşdirilməsi məsələləri də diqqət mərkəzində olub. Tərəflər eyni zamanda Ukrayna, Moldova və Rumıniya arasında üçtərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər. 

Ukrayna Prezidenti çıxışında Moldovanın tammiqyaslı Rusiya işğalı dövründə Ukraynaya göstərdiyi ardıcıl və prinsipial dəstəyə görə təşəkkürünü də ifadə edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR