İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiya generalını niyə partlatdı: Fanil Sarvarovun Moskvada öldürülməsinin detalları – FOTO, VİDEO

1651 22.12.2025 13:15 Dünya A A

Musavat.com-un xəbər verdiyi kimi, Moskva şəhərində baş verən avtomobil partlayışı nəticəsində Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli zabiti, Fanil Sarvarov həlak olub.

Hadisə Rusiya paytaxtının mərkəzinə yaxın yaşayış zonasında qeydə alınıb və dərhal ölkə gündəmini silkələyib. Rusiya istintaq orqanları faktı hədəfli sui-qəsd kimi qiymətləndirir və hücumun Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəli ola biləcəyini iddia edir.

Məlumatlara görə, general-leytenant Fanil Sarvarov səhər saatlarında xidməti avtomobili ilə hərəkətə başladığı anda maşının alt hissəsinə əvvəlcədən yerləşdirilmiş partlayıcı qurğu işə düşüb. Güclü partlayış nəticəsində avtomobil tamamilə dağılıb, Sarvarov isə hadisə yerində həyatını itirib. Ərazi dərhal mühasirəyə alınıb, polis, Fövqəladə Hallar Nazirliyi və Rusiya İstintaq Komitəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.

FANİL.jpg (246 KB)

Rusiya İstintaq Komitəsi açıqlamasında bildirib ki, fakt üzrə “qəsdən adam öldürmə” və “terror aktı” maddələri ilə cinayət işi başlanılıb. İstintaqın ilkin nəticələrinə görə, partlayıcı peşəkar şəkildə quraşdırılıb və konkret olaraq generalın avtomobilini hədəf alıb. Bu da hadisənin təsadüfi olmadığını, dəqiq planlaşdırılmış sui-qəsd olduğunu göstərir.

Fanil Sarvarov Rusiya ordusunda uzun illər xidmət etmiş, general-leytenant rütbəsinə qədər yüksəlmiş nüfuzlu hərbi fiqur idi. O, müxtəlif dövrlərdə Rusiya Silahlı Qüvvələrinin operativ-planlaşdırma strukturlarında, bir sıra regionlarda hərbi birliklərin idarə edilməsində çalışıb, son illərdə isə Baş Qərargah xətti üzrə mühüm vəzifələrdən birini tutub. Rusiya internet kanallarının yazdığına görə, Sarvarov xüsusilə Ukrayna müharibəsi ilə bağlı hərbi planlaşdırma və koordinasiya proseslərində iştirak edən generallardan biri olub.

Məhz bu fakt onun niyə hədəf seçildiyi ilə bağlı əsas ehtimallardan biri kimi göstərilir. Rusiya hərbi ekspertləri hesab edirlər ki, Sarvarovun ölümü təkcə konkret bir generalın aradan götürülməsi deyil, eyni zamanda Moskvaya ünvanlanan siyasi və psixoloji mesajdır. Paytaxtın özündə, ciddi mühafizə olunan zonada belə bir sui-qəsdin həyata keçirilməsi Rusiya təhlükəsizlik sisteminə açıq çağırış kimi qiymətləndirilir.

Fanil Sarvarov Ukrayna müharibəsindən əvvəl Çeçenistan, Suriya və Cənubi Osetiyadakı hərbi əməliyyatlarda da iştirak edib.

Rusiya tərəfi hücumun arxasında Ukrayna xüsusi xidmət orqanlarının dayandığını istisna etmir. Rəsmi Kiyev isə bu iddialarla bağlı hələlik açıqlama verməyib. Bununla belə, Rusiya mediası və hərbi dairələr bu hadisəni son aylarda yüksək rütbəli hərbçilərə qarşı həyata keçirilən ardıcıl hədəfli hücumların davamı kimi təqdim edir.

Hadisədən sonra Moskvada, xüsusilə dövlət və hərbi strukturlara yaxın ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Yüksək rütbəli zabitlərin hərəkət marşrutlarının dəyişdirildiyi, əlavə mühafizə tədbirlərinin tətbiq olunduğu bildirilir. Paytaxtda polis postlarının sayı artırılıb, bəzi ərazilərdə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər qoyulub.

Siyasi müşahidəçilərin fikrincə, general Fanil Sarvarovun Moskvada partlayışla öldürülməsi Rusiya-Ukrayna müharibəsinin yeni, daha sərt və gizli mərhələyə keçdiyini göstərir. Müharibə artıq təkcə cəbhə xətti ilə məhdudlaşmır, xüsusi xidmətlərin, diversiya və hədəfli sui-qəsdlərin də ön plana çıxdığı hibrid mərhələdə davam edir.

Hazırda istintaq davam edir, partlayıcının haradan əldə edildiyi, kimlər tərəfindən və necə quraşdırıldığı araşdırılır. Rusiya rəsmiləri yaxın vaxtlarda hadisə ilə bağlı əlavə məlumatların açıqlanacağını bildirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR