İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna iki böyük dövlət bankını özəlləşdirir

734 24.03.2024 18:56 Dünya A A

Ukrayna hökuməti Beynəlxalq Valyuta Fondunun (BVF) tövsiyəsi ilə dövlətə məxsus Sense Bank və Ukrgasbank-ı satmağa hazırlaşır. Bu barədə fondla yenilənmiş memorandumda deyilir.

Bildirilir ki, 2024-cü ilin may ayının sonuna kimi beynəlxalq maliyyə institutlarının müşahidəçi qismində iştirakı ilə şəffaf prosedur əsasında beynəlxalq səviyyədə tanınmış maliyyə məsləhətçisini seçib təyin etməklə iki sistem əhəmiyyətli dövlət bankını – Sens Bank və Ukrgasbank satışa hazırlanacaq. Fond aydınlaşdırır ki, məsləhətçinin təyin edilməsi üçün əsas meyar maliyyə institutlarının beynəlxalq satışında təcrübə və namizədin hərtərəfli satış planı üçün təklifi olacaq.

Sənəddə deyilir ki, satışa hazırlıq çərçivəsində Ukrayna Maliyyə Nazirliyi 2012-ci ildə irəli sürülən dövlət banklarının özəlləşdirilməsi ilə bağlı qanun layihəsini də nəzərdən keçirəcək və may ayında Ali Radaya təqdim edəcək. Bundan əlavə, Ukrayna tərəfi dövlətin majoritar səhmdar olduğu bütün sistem banklarının Maliyyə Nazirliyinin nəzarətində olacağına söz verib. Dövlətə məxsus qeyri-sistem bankları isə öz növbəsində büdcə vəsaitləri hesabına yenidən kapitallaşdırılmamalı və prudensial normaların pozulması hallarında tədbir görülməsi üçün Əmanətlərə Zəmanət Fonduna veriləcək.

Ukraynanın maliyyə nazirinin müavini Yuri Draqançuk bir müddət əvvəl bildirmişdi ki, xarici investorlar Ukraynanın iki dövlət bankını - "Ukrgasbank" və "Sens-Bank"ı almaq istəyirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR