İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ABŞ-a, yoxsa Amerika Ukraynaya xəyanət edib?

731 01.06.2024 18:00 Siyasət A A

Məşhur Amerika jurnalisti Taker Karlson bildirib ki, Ukrayna yaxın 50 ildə mövcudluğunu dayandıra bilər. O deyib ki, ABŞ Kiyevə xəyanət edib.

Politoloq, əməkdar jurnalist Elçin Mirzəbəyli Musavat.com-a şərhində bildirib ki, Foks Nyusda (Fox News) 2016-2023-cü illərdə yayımlanan siyasi tok-şounun müəllifi və aparıcısı Taker Karlsonun ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi, hətta həqiqəti əks etdirsə də, “Ukraynaya xəyanət edilməsi” və bu ölkənin “yaxın 50 ildə bir dövlət olaraq süquta uğrayacağı” barədə fikirlərinə ilk növbədə seçki kampaniyasına hesablanmış prosesin tərkib hissəsi kimi yanaşmaq lazımdır.

1650702329225314399_1200x630.jpg (241 KB)

"Taker Karlson ABŞ siyasi jurnalistikasının ən parlaq simalarından sayılsa da, sabiq prezident, hazırda prezidentliyə namizəd Donald Trampın yaxın çevrəsinə daxil olan adamlardan biridir və onun öz qənətini, məhz indi dilə gətirməsi də, istisnasız olaraq, seçki ilə bağlıdır: “Təəssüf ki, Birləşmiş Ştatların dəyərlər sistemi çoxdan çöküb və daxili siyasətdə uğur qazanmaq naminə xalqların, dövlətlərin taleləri ilə oynamaq adi hala çevrilib. Şübhəsiz ki, Taker Karlson “Ukraynaya xəyanət edildiyini”, daha dəqiq desək, bu ölkənin qurban verildiyini çoxdan bilir. Digər tərəfdən bunu anlamaq üçün heç Taker Karlson çapında ABŞ-ın xarici siyasətinin dərinliklərini bilən, hətta senator və konqresmenlər üçün qapalı olan informasiyaları əldə etmək imkanı olan bir çapda siyasi analitik, jurnalist olmağa ehtiyac yoxdur. Hələ 2014-cü ildən, Barak Obamanın, “Ukraynaya hərbi müdaxiləinin qarşılığında Rusiyanın yalnız sanksiyalara məruz qalacağı barədə” açıqlamalarından və Baydenin 2 il öncə eyni fikirləri təkrarlamasından sonra bu mənzərə görə bilən və görmək sitəyənlər üçün aydın idi. ABŞ, bütövlükdə isə Qərb növbəti dəfə özünün elan etdiyi dəyərləri və müttəfiqini satıb” -  politoloq deyib.

E.Mirzəbəyli qeyd edib ki, Ukrayna prezidentinin son çıxışlarında da bu reallıq dolayısıyla da olsa öz əksini tapıb:

“Zelenski indi ABŞ-la Rusiya arasında razılaşmanın olduğundan şübhələndiyini deyir. Təəssüf ki, bu qənaətini açıq şəkildə dilə gətirməyin zəruriliyini gec anlayıb. Müharibədən bir neçə ay sonra ABŞ və yaxın müttəfiqlərinin Ukraynaya yardımlar haqqında danışmaları, əməli addımlara həddindən gec, Ukrayna ordusu öz peşəkar kadr potensialının önəmli bir hissəsini itirdikdən sonra başlamaları, Kiyevin növbəti dəfə aldadıldığını söyləmək üçün yetərli idi. Əgər proses belə davam edərsə, Ukrayna dövlətçiliyinin süqutu üçün nəinki 50, heç 10 il də gözləmək lazım gəlməyəcək. Artıq bir ilə yaxındır ki, Qərb mətbuatı Ukraynanın bölünməsinin müharibəni dayandırmaq üçün yeganə vasitə olduğunu dilə gətirirlər. Bu qəbildən olan mesajlar nüfuzlu ekspertlər, siyasətçilər tərəfindən verilir və ictimai rəyin bu prosesə hazıraşdırılmasına xidmət edir. Və təəssüf ki, reallığı daha çox əks etdirir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR