İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Yaponiyada yeni hərbi komandanlıq yaradır

228 28.07.2024 14:25 Dünya A A

ABŞ təhlükəsizlik əlaqələrini gücləndirmək üçün Yaponiyada yeni hərbi komandanlıq yaradacaq.

Publika.az xəbər verir ki, bu barədə !The Wall Street Journal" məlumat yayıb.

Bildirilib ki, Vaşinqton Çinin hərbi güclənməsi qarşısında Asiyadakı müttəfiqlərini gücləndirmək üçün addımlar atır.

WSJ-nin məlumatına görə, yüksək səviyyəli Amerika və Yaponiya rəsmiləri iyulun 28-də yeni qərargahı elan edəcəklər.

Amerikanın yeni komandanlığına üç ulduzlu general rəhbərlik edəcək. O, Yaponiya tərəfi ilə hərbi əməliyyatları əlaqələndirəcək, birgə təlimlər planlaşdıracaq və hərbi əməliyyatlar zamanı ölkənin müdafiəsində iştirak edəcək.

ABŞ-ın hərbi bazaları və digər hərbi infrastrukturları Yaponiyada İkinci Dünya Müharibəsinin sonundan bəri mövcuddur. Təxminən 47,000 hərbi qulluqçu Yaponiyada ABŞ qüvvələri və qoşunlarının bir hissəsi kimi xidmət edir. Qərargah Tokiodan 30 km qərbdə yerləşən Yokota bazasında yerləşir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR