İnsanlara hürriyət, millətlərə istiqlal!

Mormon Kilsəsi rəsmi qeydiyyata görə Azərbaycana təşəkkür edib

496 28.07.2024 13:51 Son xəbər A A

Azərbaycan hökuməti Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsini rəsmi qeydiyyata alıb.

“Report” "Deseret News"a istinadən xəbər verir ki, bu barədə kilsə bəyanat yayıb.

Qeyd olunub ki, qeydiyyat dini təşkilata paytaxt Bakı ərazisində kilsə adından fəaliyyət göstərmək hüququnu verir.

Öz növbəsində kilsə rəhbərliyi Azərbaycan hökumətinə təşəkkür edib. Vurğulanıb ki, Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqa mühüm töhfə verir və ölkəmizdə tarixən müxtəlif dinlərin nümayəndələri vahid bir ailə kimi dinc və sülh şəraitində yaşayır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR