İnsanlara hürriyət, millətlərə istiqlal!

Olimpiadanın alabəzək bayrağı – LGBT-nin yeni açması

561 28.07.2024 11:55 Yazarlar A A

Paris olimpiadasının açılışındakı rəngarəng mənzərələr bütün dünyada, o cümlədən Avropanın özündə də söz-söhbətə səbəb olub. Çünki bu minvalla qitənin adı pis çıxacaq.

“Pis çıxacaq” deyəndə artıq müəyyən qədər çıxıb, indi Avropaya “yaşıl qitə”dən çox “göy qurşağı Avropası” deyirlər. Amma yenə də bu yarlığı Avropanın hamısına aid eləmək olmaz. Bəzi ölkələr mətanətlə dirəşir, Fransanın, Hollandiyanın, o biri rəngli ölkələrin trendinə qoşulmurlar. İntəhası, onlar da sinələrini qabağa verib “spektr trendi” ilə döyüşmürlər, ona hücuma keçmirlər, “homofob” adlandırılmaqdan qorxurlar.

“Homofob” adlandırılmaqdan qorxmayan Rusiyadır, Belarusdur, bizik, bu tərəflərdir. Ermənilərin bir yarısı hələlik tərəddüd edir, o biri yarısı artıq sübut etməyə başlayıb ki, dünyanın ən qədim geyləri özləridir. Gürcülər son anda sivişib Avropanın əlindən çıxıblar, yoxsa paça əldən gedirdi.

Biz ölkə olaraq çalışırıq ki, bu mənasız və anti-təbiət xarakterli haqq-hesabda tərəfə çevrilməyək. Nəyimizə lazımdır ki, kimin rəngi nədir, xətalarını bizdən uzaq eləsinlər, Qarabağ boyda dərdimiz var... (yəni bərpa etmək məsələsi).

Amma xalq olaraq homofobuq. Etiraf etmək lazımdır ki, belədir. Düzdür, iri şəhərlərdə rəng dəyişilməsi prosesi ahəstə-ahəstə davam edir, lakin bu prosesə ciddi müqavimət, hətta təzyiq var. Cinsi azlıqları bir çox ictimai yerlərdə pisikdirir, ən azı lağlağı hədəfi edirlər. Kişilərin qısa şalvar (şort) geyməsinə mənfi münasibət bu üzdəndir. İnsanların çoxunda belə bir qənaət var ki, bu gün camaat içində şort geyən kişi sabah, kim bilir, nə tort yeyəcək.

Bir həmkarım var, açıq homofobdur, LGBT abbreviaturasının açmasını belə verir: Lənətə Gəlmiş Bədbəxtlər Toplumu.

Ona deyirəm, bədbəxt niyə olurlar, onlar özlərini çox xoşbəxt sayır, hətta yerdə qalan insanlardan üstün tuturlar. Deyir, zato (ifadəsi belədir) gələcəkləri yoxdur, öz potensialları ilə arta bilmirlər, məcburdurlar ki, öz sıralarını heteroseksual insanların (yəni normal kişi və qadınların) zəhmətlərinin məhsulları ilə doldursunlar.

Burası gerçəkdən də belədir. Onların doğub-törəmə problemləri var.

Bu trendin sonu insan nəslinin kəsilməsi ola bilər. Yəni hamı bu göy qurşağı rəngli bayrağın altında birləşsə, o ideyaları qəbul etsə, insan nəsli tükənər. Hazırda avropoid irqi təhlükə qarşısındadır. Azalırlar. Monqoloid və neqroidlər isə, maşallah, kəhildəyə-kəhildəyə insan nəslinin tükənməməsi üçün çalışırlar. Bu gün-sabah təkcə Hindistan və Çinin əhalisi dünya əhalisinin 50+1-ni təşkil edəcək.

Bax, gedişatın belə olduğunu görə-görə bu LGBT-ləşmə tendensiyasını niyə təbliğ, piar, reklam edirlər, anlaşılmır. Çox adam Makrondan şübhələnir ki, deyəsən, o da mavi legiondandır. Öz davranışlarına və komandasındakı adamlara diqqət edəndə, şübhə artır. Ancaq ondan qabaqkı prezident və baş nazirlər də alabəzək bayraqların populyarlaşmasına etiraz etmirdilər.

“Eurovision”dan sonra olimpiadanın təntənəli açılışında da cinsi azlıqların gey-paradının təşkil edilməsi göstərir ki, bu dəbi bütün dünyaya sırımaq niyyəti var.

Bir o qalır ki, olimpiya oyunlarında kişilər və qadınlar arasında yarışmalar təşkil edildiyi kimi, geylər və lesbiyanlar arasında da ayrıca yarışlar təşkil edilsin. Axı onlar üçüncü cinsdirlər, nə qadın, nə kişi deyillər, qadınlarla yarışsalar, düz gəlməz, müqayisədə güclüdürlər, udarlar. Kişilərlə yarışsalar, yenə düz olmaz, zəifdirlər, uduzarlar. Ona görə də onlar üçün ayrıca yarışlar təşkil edilməlidir ki, bir-birilə yarışsınlar. Bu il gec oldu, gələn olimpiadada yəqin ki, belə təşəbbüslər qaldırılacaq.

Bəlkə də gələcək olimpiadalar bu səbəbdən daha da maraqlı olacaq. O zaman olimpiada halqalarının rəngləri qitələri yox, artmış cinsləri simvolizə edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR