İnsanlara hürriyət, millətlərə istiqlal!

Masallı sakinləri qorxu içində yaşayırlar: Bina ortadan bölünüb - VİDEO

299 28.07.2024 12:00 Ölkə A A

Masallı şəhərininin Şah İsmayıl Xətai küçəsi 98 saylı binanın sakinləri qorxu içində yaşayırlar.

İki blok və beş mərtəbədən ibarət olan binada 30 ailə yaşayır. Sakinlər deyir ki, bina 1978-ci ildə tikilib və yataqxana tipli olub.

Son zəlzələdən sonra binanın bünövrəsində və mənzillərində iri çatlar əmələ gəlib.

Sakinlərin sözlərinə görə, demək olar ki, bina ortadan bölünüb. Onlar binanın daha bir zəlzələyə tab gətirməyəcəyini və tamamilə çökəcəyini bildirirlər.

Aidiyyəti qurumlar binanın qəzalı olması barədə rəy veriblər, yerində yenisinin tikilməsi nəzərdə tutulur.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR