İnsanlara hürriyət, millətlərə istiqlal!

Cıdır düzü, Vaqif türbəsi bu gün - FOTOLAR,VİDEO

396 28.07.2024 12:31 Gündəm A A

Xəbər verdiyimiz kimi AZAL-ın müntəzəm Bakı-Füzuli-Bakı reysi ilə bir qrup media nümayəndəsi Qarabağa gəlib.

Musavat.com xəbər verir ki, səfər çərçivəsində jurnalistlər Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini və Cıdır düzünü ziyarət ediblər.

Hər iki məkanda jurnalistlərdən əlavə xeyli ziyarətçi-turist var idi.

Cıdır düzündə vətənpərvərlik mahnıları səsləndirilirdi. Havanın çiskinli olmasına baxmayaraq Şuşaya, Cıdır düzünə insan axını var.

Görüntüləri təqdim edirik:

Məlumat:

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və ya Vaqif türbəsi — 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olub.

1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edildi. Müzəffər Azərbaycan Ordusunun şanlı zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi. 2021-ci ildə abidə əsaslı təmir olundu.
 
Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılıb. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri çəkilib quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib. Eyni zamanda, ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR