İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşu ölkədə ərzaq böhranı yarandı

560 28.07.2024 12:47 Region A A

Gürcüstanın Taxıl və Un İstehsalçıları Assosiasiyası hökuməti Rusiyadan un, arpa və kəpək idxalına tətbiq edilən müvəqqəti rüsumun müddətini uzatmağa çağırıb.

Publika.az xəbər verir ki, bu barədə assosiasiyanın icraçı direktoru Levan Silagava BMG media platformasından çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkədə taxıl məhsuluna tələbat olmadığından satışda problem yaşayan gürcü fermerlərinə dəstək məqsədilə Gürcüstan 2023-cü ilin yayından un, arpa və kəpəyə müvəqqəti idxal rüsumunu tətbiq edib. Əvvəlcə bu qərar 2023-cü il noyabrın 1-nə qədər etibarlı idi. Etibarlılıq müddəti artıq iki dəfə - birincisi, cari ilin martın 1-dək, ikinci dəfə isə sentyabrın 1-dək uzadılıb.

"Assosiasiya Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi qarşısında rüsumun sentyabrın 1-dək uzadılması ilə bağlı məsələ qaldırıb. Bu rüsum un, arpa və kəpək idxalına tətbiq edilən vergidir ki, bu da idxal buğdasının üzən tariflərini effektiv şəkildə balanslaşdırır və zavodları rəqabət mühitinə salır", - deyə L.Silagava bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR