İnsanlara hürriyət, millətlərə istiqlal!

"Uber" fəaliyyətini dayandırdı - Avstriya məhkəməsindən ŞOK qərar

613 26.07.2019 15:40 Dünya A A

Dünyaca məşhur "Uber" taksi şirkəti Avstriyadakı bütün xidmətlərini müvəqqəti olaraq dayandırıb.

Musavat.com bu barədə hurriyet.com.tr-yə istinadən xəbər verir. Məlumara görə, məhkəmə qərarı ilə fəaliyyətini dayandıran bu nəhəng ABŞ konserni qarşıdakı həftələrdə yenidən Avstriya bazarına geri qayıdacağı barədə açıqlama yayıb.

Taksi şirkətlərini Vyanada birləşdirən təmsilçilik və "Uber" şirkəti arasında uzun illərdir davam edən məhkəmə çəkişməsində birinci tərəfin şikayəti təmin edilib.

Məlumata görə, Vyana Ticarət məhkəməsinin qərarına əsasən, "Uber" taksi şirkəti də Avstriyada fəaliyyət göstərən digər şirkətlər kimi öz nümayəndəliyi ilə təmsil edilməlidir. Bundan başqa, tələb edilən müvafiq lisenziya üçün rəsmi qurumlara müraciət edilməli, qeydiyyatdan keçilməlidir. Vyana ilə yanaşı, şirkətin Krats, Zaltsburg və Lints şəhərlərindəki fəaliyyətinə də qadağa qoyulub.

Uber dövüldü ile ilgili görsel sonucu

Qeyd edək ki, Vyanada ən ucuz taksi xidməti göstərən "Uber" ilə uzun müddətdir ki, digər yerli şirkətlər arasında məhkəmə çəkişmələri aramsız davam edir. Bundan başqa, Türkiyədə də bu şirkətə münasibət heç də yaxşı deyil. Uzun müddətdir ki, Türkiyənin bi çox şəhərində fəaliyyət göstərən "Uber" işçilərinə zaman-zaman zor tətbiq edilib. Hətta bu taksi sürücüləri digər taksi sürücüləri tərəfindən dəfələrlə döyülərək, linç edilib.

Uberci taksiciyi dövüldü ile ilgili görsel sonucu

Xatırladaq ki, “Uber” mobil telefondakı proqram vasitəsi ilə fərdi avtomobil sürücülərinin xidmətlərindən istifadə etməyə imkan verən, avtomobil daşımaları arasında ən populyar olan onlayn taksi servisdir. Dünyanın ən böyük online xidmət göstərən taksi şirkəti olan "Uber"in əsası 2009-cu ildə sahibkarlar Trevis Kalanik və Harret Kemp tərəfindən qoyulub. Şirkətin baş ofisi Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir. Şirkət hazırda dünyanın təxminən 80 ölkəsinin 500-dən çox şəhərində fəaliyyət göstərir.

Toğrul İsmayıl,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR