İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin XİN başçısından "Kurtlar Vadisi" AÇIQLAMASI:"Alın yazımızdır..." - FOTO/VİDEO

2674 19.03.2024 14:25 Gündəm A A

Türkiyə xarici işlər naziri Hakan Fidan "Kurtlar Vadisi" serialından özü haqqında düzəldilən paylaşımlarla bağlı açıqlama verib.

Musavat.com Sfera.az-a istinadən xəbər verir ki, nazir bu barədə Bursada gənclərlə görüşü zamanı danışıb.

O, bu cür zarafatlara öyrəşdiyini və artıq taleyi ilə barışdığını bildirib:

"Mənimlə bağlı bəzi video və fotolar hazırlanır. Xüsusilə, "Kurtlar Vadisi" ilə bağlı paylaşımlar çoxdur. 14 yaşından dövlətin vacib xidmətlərində olanda hər şeylə əlaqələndirilirsən. Mən də artıq öyrəşmişəm. Bu, bizim alın yazımızdır".

Qeyd edək ki, H.Fidanın 1996-cı ildə Susurluq qəzasında həlak olmuş məşhur MİT zabiti (xəfiyyə) Abdullah Çatlı olması ilə bağlı da xeyli video və fotolar hazırlanıb. Həmin paylaşımlarda Fidan və Çatlının bənzərliyi ön plana çəkilib.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR