İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli generaldan FETÖ açıqlaması: “170 ölkədə milyardlarla dollar vəsait...”

743 31.07.2023 15:16 Siyasət A A

 

 

“FETÖ 170 ölkədə milyardlarla dollar vəsait ilə fəaliyyət göstərən, niyyət və məqsədlərini gizlədən terror təşkilatıdır. Yəni bu təşkilatla mübarizə müəyyən sayda şəxsin həbs olunması ilə bitməyəcək”.

Bu fikirləri Musavat.com-a ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib. O qeyd edib ki, mübarizə davamlı və sistemli olmalıdır: “FETÖ Türkiyədə 1970-ci illərdən fəaliyyətə başlayıb. Təşkilat çox böyük iqtisadi gücə malikdir. Maliyyələşdirdiyi məktəblərin yetirmələri dövlət qurumlarında, hüquq-mühafizə, kəşfiyyat orqanlarında çalışırlar. FETÖ imperial güclərin kəşfiyyat orqanlarının maşası olduğu üçün gizli fəaliyyət göstərir. Ummadığımız, gözləmədiyimiz yerlərdə FETÖ-çü tapmaq mümkündür. Azərbaycandakı mübarizə üçün xüsusi heyət qurulmalı, terrorla mübarizə sistemli şəkildə davam etməlidir. Əks halda, nəticə əldə edə bilməyəcəyik. Xüsusilə hərbi təhsil verən məktəblər, prokurorluq orqanları, nazirliklərlə bağlı mütəmadi müşahidə aparılmalıdır. Dövlət qurumlarına işə götürüləcək şəxslər ciddi şəkildə araşdırılmalı, işə qəbul edildikdən  sonra isə daim nəzarət altında saxlanmalıdırlar. Terrorla mübarizədə Azərbaycan ilə Türkiyənin koordinasiyalı şəkildə yeni mərhələyə keçid etdiyini deyə bilərik”.

Y.Karauz vurğulayıb ki, Azərbaycan ilk gündən mövzunun nə qədər həssas olduğunu anlayıb: O eyni zamanda bunu anlamayan müttəfiqlərin olduğuna diqqət çəkib: “Qırğızıstanda da çevrilişə cəhd olduğunu xatırlatmaq yerinə düşər. Fətullah Güləni yetişdirənlər , 170 ölkədə məktəb açanlar tolerantlıq, sekulyarizm,  dinlərarası dialoq adı altında dünyaya təqdim edən güclər heç zaman onu təslim etməyəcəklər. Onun ABŞ-a qəbulunda bu güclər ciddi rol oynayıb. Dini təhsil, yardım yönümlü qurumlar Daxili İşlər Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılmalı, şəffaf fəaliyyət təmin edilməlidir.

Ümumiyyətlə, Azərbaycanın Türkiyə ilə koordinasiyalı şəkildə mübarizəsi gələcəkdə dövlətə qarşı baş verə biləcək mənfi halların qarşısını ala bilər. FETÖ ilə mübarizə Türkiyəni nəzərə alaraq aparılmamalıdır. Hər bir ölkə öz milli təhlükəsizliyi üçün FETÖ ilə mübarizə aparmalıdır”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR