İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən "Reuters"ə qarşı SƏRT İTTİHAM

1100 01.09.2022 00:30 Region A A

Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun "Reuters" agentliyini saxta xəbərlər yaymaqda ittiham edib.

Musavat.com-un APA-ya istinadən məlumatına görə, bu barədə o, "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, "Reuters" ilk dəfə deyil yalan və saxta xəbərlər dərc edir.

"Biz başa düşürük ki, Avropadakı iqtisadi böhran Böyük Britaniya ilə birlikdə sizin təşkilatınıza da ziyan vurur. Beləliklə, əvvəllər dəfələrlə etdiyiniz kimi, əsassız xurafatla dolu xəyali və uydurma ssenarilər ortaya qoyursunuz. Biz sizə bir daha xatırladırıq ki, şəraitdən asılı olmayaraq bu, jurnalistikanın yolu deyil və biz sizi faktlara istyinadə etməyə dəvət edirik", - deyə Ərdoğan administrasiyasının rəsmisi əlavə edib.

Çərşənbə günü "Reuters" agentliyi türk mediasının, o cümlədən Altunun özü və agentliyinin Türkiyə hakimiyyəti tərəfindən senzuraya məruz qaldığını iddia edən məqalə dərc edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR