İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə dövlət qurumlarının əməkdaşları ilə FETÖ arasında əlaqələr araşdırılıb

305 25.12.2019 15:26 Son xəbər A A

Türkiyənin Hərbi Hava Qüvvələri və Jandarma Baş komandanlıqlarının, eləcə də Elmi və Texnoloji Araşdırmalar Qurumunun (TÜBİTAK) əməkdaşları ilə FETÖ terror təşkilatı arasında əlaqələr araşdırılıb.

AZƏRTAC xəbər verir ki, araşdırmanın nəticəsi olaraq terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən Hərbi Hava Qüvvələrinin 11, Jandarmanın 36, TÜBİTAK-ın isə 19 əməkdaşının saxlanılmasına qərar verilib.

Onların əksəriyyəti artıq nəzarət altına alınıb.

Bundan əlavə, 2013-cü ildə Türkiyədə İnzibati Məhkəmə əməkdaşlarının işə götürülməsi istiqamətində keçirilən imtahanın suallarının terror təşkilatına ötürülməsində şübhəli bilinən 20 nəfərin saxlanılmasına qərar verilib. Onlardan üçü keçmiş hakimdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR