İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə daha bir klub prezidenti istefa verdi

608 14.03.2023 18:32 İdman A A

Türkiyənin “Antalyaspor” klubunun prezidenti Aziz Çetin istefa verib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, seçkiyə qədər klubun yeni prezidenti, hazırkı administrasiyada sədr müavini vəzifəsində çalışan Sabri Gülel olacaq.

İstefa verəcəyini deyən Aziz Çetin bunun səbəbini də açıqlayıb:

“Bu bir estafet yarışıdır. Məncə, dəyişiklik vaxtıdır. Həm “Antalyaspor” klubunun, həm də Antalyaspor Assosiasiyasının prezidenti olmuşam. Ancaq gördüm ki, bəzi layihələri həyata keçirmək üçün assosiasiyaya daha çox vaxt ayırmalıyam. Buna görə də klub prezidentliyindən istefa verirəm. Bu şərtlər daxilində dərnəkdəki vəzifəmi daha yaxşı yerinə yetirəcəyəm. Klub prezidentliyinə gələcək adam yad deyil, içimizdəki dostlardan biri olacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR