İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Azərbaycanla bağlı KRİTİK QƏRAR: İrəvanda HAZIRLIQ BAŞLADI - Elxan Şahinoğlu CANLIda

1320 17.02.2024 13:19 Son xəbər A A

Ermənistan Baş naziri Nikol Paşinyanın Konstitusiyada ciddi dəyişiklik edəcəyi gözlənilir. Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır. “Məlumata görə, yeni Konstitusiya layihəsində nəinki Müstəqillik Aktından imtina, soyqırımı iddiasını (qondarma – red.) çıxarmaq və parlamentdə çoxluq təşkil etmək müddəaları ilə bağlı dəyişiklik etmək istəyirlər. Ölkə rəhbərliyi Ermənistan üçün təhlükəli olan başqa bir məqsəd üçün də hazırlaşır. Bu, Ermənistanın yeni Konstitusiyada özünü bitərəf ölkə elan etməsi və ərazisində xarici silahlı qüvvələrin daimi əsasda yerləşdirilməsini qadağan etməsi ilə bağlıdır. Əlbəttə, bu, Rusiya bazaları və sərhəd qoşunlarına qarşı yönəlib”, - məlumatda deyilir.

Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Aktında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı "Canlı debat" verilişində politoloq Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR