İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Təhlükəsizlik Şurası TOPLANIR: Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunacaq

648 25.07.2024 09:24 Siyasət A A

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması müzakirə olunacaq.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Məlumatda bildirilir ki, bu gün (25 iyul) Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək görüşün əsas mövzularından biri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması olacaq.

Yunanıstanla münasibətlər, Şərqi Avropa və Yaxın Şərqdəki münaqişə, terrorla mübarizə və Suriya ilə münasibətlərin normallaşdırılması da müzakirə olunacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR