İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə şirkəti Ukraynada bunu edəcək...

1146 12.08.2022 14:28 Region A A

Türkiyənin “Baykar Makina” şirkəti Ukraynada “Bayraktar Kızılelma” adlı yeni reaktiv səsdən sürətli pilotsuz uçuş aparatı (PUA) istehsal etməyi planlaşdırır.

 Musavat.com xəbər verir ki, bu barədə şirkətin baş direktoru Haluk Bayraktar məlumat verib.

Onun sözlərinə görə, artıq zavodun tikintisinə başlanılıb: “Ukrayna ilə həyata keçirəcəyimiz layihələrə dair uzunmüddətli planlarımız var. “Baykar” şirkəri Ukraynada fabrik, tədqiqat mərkəzi və qabaqcıl istehsal mərkəzi tikməyə başlayıb. Beləliklə, burada bütün sistemləri istehsal etmək istəyirik”.

H.Bayraktar vurğulayıb ki, Ukraynadakı zavodda “Bayraktar TB2” və “Bayraktar Akıncı” dronları da istehsal olunacaq.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR