İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə sahillərində tapılan cəsədlərlə bağlı nazirdən SENSASİON AÇIQLAMA VİDEO

1230 23.01.2024 15:23 Region A A

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya yanvarın 17-dən Antalya və Muğlada sahilə çıxan 9 cəsədlə bağlı açıqlama verib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, nazir cəsədlərdən birinin bir müddət əvvəl yoxa çıxan Mərvə Şəvval Elmasa aid olduğunu bildirib.

Onun sözlərinə görə, digər 8 cəsədin üzərindəki paltarların Suriyada istehsal olunduğu müəyyən edilib:

"Keçən ay Livan və Suriya arasındakı sahil bölgəsindən təxminən 90 nəfəri daşıyan bir qayığın Kiprə doğru hərəkət etdiyi, saatlar sonra qayıqla əlaqənin kəsildiyi müəyyən edilib". 

Qeyd olunub ki, sözügedən cəsədlər külək və dalğalar səbəbindən Antalya sahillərinə çıxıb. Yekun nəticə məhkəmə-tibbi ekspertizadan sonra bəlli olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR