İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-ABŞ gərginliyi pik həddə çatır - yeni gəlişmə

1806 20.05.2021 09:50 Siyasət A A

Baydenlə Ərdoğanın iyunda görüşü mümkün olacaqmı...

Türkiyə ilə ABŞ arasında siyasi gərginlik pik həddə çatır.

Belə bir duruma rəğmən Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahım Kalın “Hürriyet” qəzetinin müxbiri Erdinç Çelikhanla söhbəti zamanı iyun ayında keçiriləcək NATO sammitində Ərdoğan və Bayden arasındakı görüşün mümkün ola biləcəyini deyib. O, görüş olarsa, Türkiyə hakimiyyətinin daha konkret mövqe qoyacağının siqnalını verib. İbrahim Kalın deyib: “Əgər biz Amerika ilə müttəfiq və strateji tərəfdaşıqsa, onda ”S-400" məsələsini danışıqlar yolu ilə həll edə bilərik. Əgər şərtlər uyğun olarsa, biz “S-400" raketləri ilə yanaşı ”Patriot" raketlərini də ala bilərik".

Bayden-Ərdoğan görüşü mümkündürmü? Baş tutarsa, münasibətlərdə yumşalma ehtimalı varmı? İbrahim Kalının “Patriot”la bağlı açıqlaması Türkiyənin kompromisə meylli olması deməkdirmi?

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, ABŞ-ın prezidentinin seçki kampaniyası zamanından Amerika Erməni Assambleyası, ABŞ Konqresində fəaliyyət göstərən Amerika Erməni Milli Komitəsi ilə yaxınlığı, administrasiyanın təyinatlarında etnik ermənilərin çoxluğu, Baydenin 106 il sonra Osmanlıda baş verənləri  soyqırımı adlandırması və s. kimi məqamlar üzərindən ABŞ-Türkiyə münasibətlərinin pisləşməsini ancaq Baydenlə bağlamaq doğru deyil: “ABŞ-ın eks-prezidenti  Donald Trampın 2019-cu ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı diplomatik normalardan kənar məktubunu xatırlamaq, Türkiyə Cümhuriyyətinin 96-cı ilinin qeyd edildiyi gün ABŞ Nümayəndələr Palatasının bu ölkəyə qarşı iki sərt qərar qəbul etməsini və s. xatırlamaq yerinə düşər. Qəbul edək ki, ABŞ-Türkiyə münasibətlərində uzun müddətdir bir böhran yaşanmaqdadır. Son 3 ildə ABŞ-ın mütəmadi sanksiyalar tətbiqi və s. kimi məqamlar isə böhranı daha da dərinləşdirib deyə bilərik.

yegane.jpg (67 KB)

Yeganə Hacıyeva 

Buna baxmayaraq, Türkiyə Amerika Birləşmiş Ştatlarının çox önəmli strateji  müttəfiqidir, Türkiyə Avropanın önəmli bir hissəsidir və Türkiyə ilə Amerika Birləşmiş Ştatlarının birlikdə fəaliyyətindən Yaxın Şərq, Liviya, Balkanlar və Cənubi Qafqaz regionlarında ABŞ-ın maraqlarının müdafiəsi asılıdır".

Politoloq onu da qeyd etməyi lazım bilir ki, bu illər ərzində ABŞ-ın ərəb dünyasında Türkiyənin nüfuzunu önləməsi üçün atdığı addımlar, Türkiyəni əvəzləmə cəhdləri uğursuzluqla nəticələnib: “Demokratik dəyərləri mənimsəmiş müsəlman ölkəsi kimi, Türkiyənin ərəb dünyasındakı tarixən mövcud olan daşlaşmış nüfuzu, müasir günlərimizdə dünyada İslam dəyərlərinin müdafiəçisi rolunda çıxış edən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsinə bağlıdır. ABŞ-la Türkiyə arasında baş verən böhranlara və sanksiyalara rəğmən, Türkiyə ilə Amerika Birləşmiş Ştatları birlikdə çalışmalı və problemlərindən birgə çıxış yolu tapmalıdırlar və bunun alternativi yoxdur. Prezidentlərin görüşü haqqında proqnoz etmək onun üçün çətindir ki, ABŞ prezidentinin bir il və ya il yarım sonra prezident səlahiyyətlərini fiziki olaraq həyata keçirə bilməsi ilə bağlı ciddi narahatlıqlar  mövcuddur. Ona görə də daha çox ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə  təmaslar qaçılmazdır”.

Y.Hacıyeva bildirdi ki, Türkiyənin Rusiya istehsalı “S-400” zenit-raket kompleksinin əldə etməsi  tərəflər üçün hərbi və iqtisadi sazişdən daha çox siyasi sazişdir. Müvafiq şərtlər altında Türkiyə çox rahat Rusiya istehsalı olan “S-400” zenit-raket kompleksini əldə etməsi ilə paralel NATO standartlarına uyğun “Patriot” və THAAD raket əleyhinə komplekslər əldə edə bilər: “İbrahim Kalın Türkiyənin anlaşmada maraqlı olduğunu faktiki olaraq ortaya qoyub. Amma bunun üçün ABŞ-ın atmalı olduğu ciddi addımlar var və ABŞ-ın bu addımları atması, sadəcə, zaman məsələsidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR