İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk xalqları ədəbiyyatı kitabı özbək dilinə tərcümə olunaraq Daşkənddə nəşr edilib

769 22.08.2022 11:56 Mədəniyyət A A

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə professor Elman Quliyevin “Türk xalqlar ədəbiyyatı” kitabı Özbək dilinə tərcümə olunaraq Daşkənddə nəşr edilmişdir.

Nəşri Azərbaycan dilindən Özbək dilinə çevirən tərcüməçi Şahista Kamranlı, rəyçiləri Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şöhrət Siracəddinov və dosent Gülbahar Aşurovadır.

Kitaba “Ön söz” yazan Özbəkistandakı Heydər Əliyevin adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dünya mədəniyyətinin formalaşma və inkişafında mühüm rol oynamış türk xalqları haqlı olaraq sahib olduqları zəngin mədəniyyətləri ilə həmişə fəxr etdiklərini, türklərin min illərlə zamanımıza qədər gələn, dünya ədəbi-bədii fikrinin yeni istiqamətini müəyyənləşdirən zəngin və eyni zamanda fərqli ədəbiyyatlarının xüsusi yeri olduğunu qeyd edib. O vurğulayıb ki, professor Elman Quliyevin türk xalqlarının ədəbiyyatının ən qədim dövrdən başlayaraq çağdaş dövrə qədər mərhələlərinin araşdırılması, təhlili və təbliğini özündə əks etdirən “Türk xalqları ədəbiyyatı” kitabını Özbək dilinə çevirib Türk dünyasının böyük mədəniyyət beşiyi olan Özbəkistanda çap etməkdə əsas məqsəd həm türk xalqları ədəbiyyatının Özbəkistanda geniş təbliğini həyata keçirmək, həm də alimin türkoloji araşdırmaları ilə Özbək elmi ictimaiyyətini yaxından tanış etməkdir.
Müəllifin “Türk xalqlar ədəbiyyatı” kitabında müxtəlif mərhələlər üzrə Türk xalqları ədəbiyyatlarının çoxsaylı ədəbi simalarının həyat və yaradıcılıqları geniş şəkildə elmi tədqiq və təhlil edilmişdir.
Nəşrdə sözügedən layihənin Türk xalqlarının mədəniyyət və ədəbiyyatının öyrənilməsi, təbliği işində, o cümlədən ədəbi-mədəni əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacağına inam ifadə edilir.
Qeyd edək ki, Türk xalqları ədəbiyyatına dair araşdırmalar aparan alim Elman Quliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat kafedrasının professoru, “Türk odası” və “Türkşünaslıq” elmi-tədqiqat şöbəsinin müdiridir.
Özbək dilinə tərcümə olunmuş Türk xalqları ədəbiyyatı adlı kitabın il ərzində Daşkənd və Bakıda təqdimatının keçirilməsi nəzərdə tutulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR